Bu gün Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan Gənclər Sammiti" layihəsi çərçivəsində hüquqşünas tələbələrlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə "ELSA"-nın Azərbaycan nümayəndəliyinin prezidenti Sirac Sultanlı, nümayəndəliyin baş katibi Kərim Kərimov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Orxan Ərəbov və digər şəxslər iştirak ediblər.
"ELSA"-nın Azərbaycan nümayəndəliyinin baş katibi Kərim Kərimov əvvəlcə tədbir iştirakçılarının salamlayaraq təşkilatın qazandığı uğurlardan və tələbələr arasında mütəmadi təşkil etdiyi layihələrdən, müsabiqələrdən danışıb. Qeyd olunub ki, 3 gün davam edəcək sammitdə gənclər liderlik, biznes və natiqliklə bağlı təlim keçəcəklər. Diqqətə çatdırılıb ki, 60 iştirakçı 616 nəfərin arasında motivasiya mətkubu və müsabiqə yolu ilə seçilib.
"ELSA"-nın Azərbaycan nümayəndəliyinin prezidenti Sirac Sultanlı isə deyib ki, təşkilat 42 ölkədə 300-dən artıq ölkədə təhsil alan 38 mindən artıq tələbəni öz ətrafında biləşdirir: "ELSA" bütün fəaliyyətini qeyri-siyasi şəkildə həyata keçirir. Təşkilat tərəfdaş kimi Avropa Şurası qanunverciliyini əsas götürür. Bununla yanaşı "ELSA" Azərbaycan ölkəmizdə öz fəaliyyətini Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət dəstəyi Şurasının dəstəyi ilə həyata keçirməkdədir".
Daha sonra Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva bildirib ki, "Elsa" gənclər təşkilatları arasında fərqli yer tutur. Vurğulanıb ki, təşkilatın qarşısına qoyduğu məqsədlər digərlərindən özünəməxsus xüsusiyyətlərinə görə, fərqləndirir".
Prezident yanında Gənclər Fondunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Orxan Ərəbov isə çıxışında bildirib ki, belə tədbirin təşkilinə dəstək verməkdən məmnundurlar: "Şadıq ki, belə tədbirin keçirilməsinə maliyyə ayırmışıq. Bu gün Azərbaycan gəncliyi öyrədilməyə məcbur kateqoriya deyil. Biz özmüzü də sizdən çox şey öyrənməliyik. Hər bir auditoriya yeni fikirlər, yeni yanaşmalar ifadə edir. Əminəm ki, sizdən də yeni məlumatlar əldə edəcəyik.
Qeyd edək ki, dekabrın 22-də sammitin sonuncu günündə gənclərin birgə bəyannəməsi qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB