Politoloq: “Biz gözləntilərimizdə ehtiyyatlı olmalıyıq” AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun həmsədrləri artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dinamika gətirmək istəyindədirlər". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşünə münasibət bildirərkən deyib.

"Bildiyiniz kimi, həm Azərbaycan və Ermənistan prezidentlərinin, həm də hər iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib. Məhz bu görüşün nəticəsidir ki, vasitəçilər yenidən bölgəyə səfər edərək növbəti dəfə dövlət başçılarının görüşü üçün hansısa konkret məsələlərlə bağlı təkliflər hazırlayırlar. Təbii ki, bu təkliflər hazırlanarkən Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələrinin də mövqeyi nəzərə alınmalıdır. Bu mənada hesab edirəm ki, həmsədrlər məhz buna görə ora səfər ediblər. Səylərin özü müsbətdir. Ancaq nəticə ilə bağlı əvvəlki təcrübə onu göstərir ki, biz gözləntilərimizdə ehtiyyatlı olmalıyıq. Hər bir halda müharibə yoxdursa, çalışmaq lazımdır ki, sülh yolu ilə bu məsələlər dalandan çıxarılsın" – deyə, R.Musabəyov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə