Rasim Musabəyov: “Son 10 ildə Azərbaycan əhalisinin yaşayış səviyyəsi qonşularımızı üstələyib” AÇIQLAMA

Rasim Musabəyov: “Son 10 ildə Azərbaycan əhalisinin yaşayış səviyyəsi qonşularımızı üstələyib” AÇIQLAMA

"Azərbaycan əhalisinə, iqtisadiyyatına və hərbi gücünə görə bölgədə lider dövlətdir. Bununla belə ölkəmiz dünyanı özü ilə hesablaşmağa vadar edən güc mərkəzidir. Təbii ki, bu, çox vacib amillərdən biridir". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətinin 10 ili ərzində əldə olunan uğurlar barəsində danışarkən deyib.

"Əgər biz müqayisə aparsaq görərik ki, il boyu Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, eləcə də ölkəmizə gələn ayrı-ayrı dövlət başçıları, nüfuzlu nazirlərin sayı Ermənistan və Gürcüstan da daxil olmaqla heç bu dövlətlərin yarısı qədər belə deyil. Hazırda Azərbaycanda əhalinin rifah halı daha da yüksəlib. Məlumdur ki, Sovetlər, Rusiya imperiyası dövründə həmişə qonşu Gürcüstan və Ermənistan əhalisi Azərbaycandan daha yaxşı yaşayıblar. Son 10 ildə isə Azərbaycan əhalisinin yaşayış səviyyəsi qonşularımızı xeyli üstələyib. Təbii ki, bu da cənab Prezident İlham Əliyevin əldə etdiyi uğurlardan biridir. Bildiyiniz kimi, dövlət başçısı tərəfindən qaçqın və məcburi köçkünlərimiz çadır düşərgəsindən və vaqonlardan çıxarılaraq yeni mənzillərlə təmin edilib. Buna nümunə olaraq xeyli sayda misal çəkmək olar" – deyə, politoloq əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə