Musa Qasımlı: “Prezidentin hakimiyyətinin ilk 10 ili həm daxili, həm də xarici siyasət sahəsində uğurlu oldu” AÇIQLAMA
"Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk 10 ili Azərbaycan tarixinin qızıl əsri adlandırıla bilər". Bunu SİA-ya Milli Məclisin deputatı, politoloq Musa Qasımlı deyib.
"Bəs gəlin görək nə üçün? Son 10 ildə ölkəmiz dövlət başçısının rəhbərliyi altında bir çox ölkələrin yüz ildə keçə bilmədikləri yolu qısa müddətdə uğurla adlayıb. Azərbaycan rəqabətə davamlı 40 ölkə içərisində 37-ci yeri tutub. Bununla da ölkəmiz enerji təhlükəsizliyini təmin edən ölkə olub.
Cənab Prezident Azərbaycan tarixində bir sıra ilklərə imza atdı və ölkəmizi "Kosmos klubu"nun üzvü etdi. Beləcə, dövlətimizin xəritədə axtarılmasına son qoyuldu. Məhz ölkə başçısının səyləri nəticəsində əlverişli satış bazarları uğrunda Azərbaycanın mövqeləri genişləndi və gücləndi. Bununla da dövlətimiz dünyanın enerji təhlükəsizliyində mühüm rol oynadı və cənab Prezidentimizin səyləri nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu. Bu, bizim və ölkə başçısının hakimiyyətinin ilk 10 ilində qürur duyacağımız hadisələrdən bir neçəsi idi.
Dövlət başçısının tariximizdə atdığı ilklər bundan sonrakı yüz illər boyu da daimi yaşayacaq və Azərbaycana xidmət edəcək. Hesab edirəm ki, cənab Prezidentin hakimiyyətinin ilk 10 ili həm daxili, həm də xarici siyasət sahəsində uğurlu oldu. Azərbaycan ərazilərinin bir neçəsinin işğal altında olmasına baxmayaraq yeni bir ölkə modeli yarandı. Bununla da ölkəmiz dünyada nüfuzlu dövlətə çevrildi. Heç şübhəsiz ki, bütün bunlar özbaşına olmadı. Təbii ki, bunlar cənab Prezidentin iş üslubunun səylərinin və fəaliyyətinin nəticəsində oldu"- deyə, M.Qasımlı sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB