Astan Şahverdiyev: “Şahdəniz-2” layihəsi Azərbaycana böyük siyasi və iqtisadi üstünlüklər verəcək”
"Şahdəniz-2" layihəsi həqiqətən də "XXI əsrin müqaviləsi" adlandırıla bilər. Bu layihənin miqyasını nəzərə alsaq görərik ki, Azərbaycan dünya üçün nə dərəcədə əhəmiyyətli bir ölkədir". "Şahdəniz-2" layihəsinin ölkəmizə hansı siyasi üstünlüklər verəcəyini şərh edən millət vəkili Astan Şahverdiyev bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Bu layihənin Azərvbaycana böyük siyasi və iqtisadi üstünlüklər qazandıracağını deyən millət vəkili A.Şahverdiyev qeyd edib ki, "Şahdəniz-2" layihəsi eyni zamanda analoqu olmayan ölkəmizin inkişafının göstəricisidir: "Bu layihə Azərbaycanı dünyada tanıtdıracaq. Dünyada qaz mənbəyi Rusiyadır, o da öz məqsədləri üçün bir çox dövlətləri şantaj edir. Ancaq bu müqavilə bir çox stereotipləri qıracaq və Azərbaycana böyük üstünlüklər verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB