Azərbaycan Prezidenti Aİ-nin komissarını qəbul edib

Azərbaycan Prezidenti Aİ-nin komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Günter Ottingeri qəbul edib. Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin önəmi vurğulanıb, layihənin reallaşdırılmasına Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottingerin verdiyi dəstək yüksək qiymətləndirilib.

Söhbət zamanı layihənin Azərbaycan ilə Avropa İttifaqına üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə