Politoloq: “Azərbaycan siyasi maraqlarını Avropa məkanında yeritmək üçün yeni imkanlar əldə edib”

Politoloq: “Azərbaycan siyasi maraqlarını Avropa məkanında yeritmək üçün yeni imkanlar əldə edib”

""Şahdəniz-2" layihəsi çox böyük bir prespektivə malikdir və bu layihə çərçivəsində Azərbaycan qazının daha böyük bir həcmdə Avropa bazarına çıxarılması reallaşdırılıb. Bu yalnız Şərqi və Mərkəzi Avropanın deyil, eyni zamanda Qərbi Avropa bazarına çıxış əldə etmək deməkdir. Bu fikirləri SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli "Şahdəniz-2" layihəsinin siyasi baxımından əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsinin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq: "Azərbaycan Avropa İttifaqı ilə sadələşdirilmiş viza rejiminə keçidlə bağlı sənədləri imzalayıb. Bu da o deməkdir ki, 2014-cü ildən Azərbaycanın Aİ ilə təmasları daha da artacaq. Hesab edirəm ki, bu təmasların daha da artması üçün "Şahdəniz-2" layihəsinin reallaşması Azərbaycanı Avropa üçün daha da maraqlı edir və Azərbaycan-Aİ əlaqələrinin daha da güclənməsi üçün əlavə stimullar verəcək. Təbii ki, bu hadisə siyasi baxımdan da mühümdür".

Politoloq hesab edir ki, bu hadisəyə yalnız iqtisadi parametrlər üzrə qiymət vermək düzgün deyil: " "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan razılaşmalar Azərbaycanın Avropa ölkələri ilə siyasi əlaqələrinin güclənməsinə şərait yaradır. Bu xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlərdə xüsusi əhəmiyyət kəsb edəcək. Nəzərə alsaq ki, işğal olumuş ərazilərdəki vəziyyətlə bağlı məsələ BMT-nin Baş Məclisinin gündəliyinə salınıb. Buna görə də Avropa ölkələrinin Azərbaycana dəstək verməsinə böyük ehtiyac var. Dünyanı maraqların idarə etdiyini reallığını nəzərə alsaq belə bir sazişin imzalanması münaqişənin tənzimlənməsinə yeni stimul verə bilər. Bu da bizim üçün olduqca əhəmiyyətlidir".

E.Nəsirli qeyd edib ki, bütövlükdə bu hadisə geopolitik əhəmiyyət kəsb edir: "Bu layihənin reallaşması regionda Azərbaycanın həlledici dövlət olması faktorunu bir daha Avropanın nəzərinə çatdırır. Eyni zamanda Avropanın 40 faziə qədər enerji asıllılğının azaldılmasının avropalılar fərqində olacaqlar. Hesab edirəm ki, bu Avropa üçün böyük dəstəkdir".

Politoloq vurğulayıb ki, "Şahdəniz-2" layihəsinin reallaşdırılması ilə Azərbaycan iqtisadi potensial hesabına öz siyasi maraqlarını Avropa məkanında yeridilməsi istiqamətində yeni imkanlar əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə