Fərhad Qəribov: "İsa Qəmbər Ukraynada xalqın adından danışmaqla xalqa hörmətsizlik edib"

Fərhad Qəribov: "İsa Qəmbər Ukraynada xalqın adından danışmaqla xalqa hörmətsizlik edib"

"Hər kəs istədiyi yerdə çox söz deyə bilər. Amma insan gərək dediyi sözün, verdiyi bəyanatın məsuliyyətini dərk etsin. Ətrafında 5-10 nəfər adam olan İsa Qəmbər Ukraynada Azərbaycan xalqı adından danışmaqla ilk olaraq bu xalqa hörmətsizlik edib. Xalqın adından o adam danışa bilər ki, o xalqın səsini qazansın. Azərbaycan xalqı adından danışa biləcək bir şəxs var, o da dövlət başçısı cənab İlham Əliyevdir". Bunu millət vəkili Fərhad Qəribov SİA-ya açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, hər yerindən duran adam xalqın adından çıxış edə bilməz: "Mənim 45 min seçicim var, amma mən minlərlə insanın adından danışa bilmərəm. Gərək xalq adından danışmağın məsuliyyətini başa düşəsən ki, bu cür yalnış addımlar atmayasan. Müxalifət onsuz da xalqın etimadından, səsindən məhrumdur, cəmiyyətin onlara olan mənfi münasibəti də göz qabağındadır. Burada xalqın səsindən məhrum olan adamların, eləcə də i.Qəmbərin xaricə gedib özünü "lider" kimi təqdim etməsi, xalqın adından danışması tamamilə absurddur. Azərbaycan xalqı səsini bir şəxsə verib, o da dövlət başçımız cənab İlham Əliyevdir. Ölkəmizdə də, xaricdə də Azərbaycan xalqı adından yalnız dövlətimizin başçısı danışa bilər. Necə ki, bu gün cənab Prezidentin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada söz sahibi olan dövlətlərdən birinə çevilib".

Bütün xəbərlər Facebook səhifəmizdə