Natiq Əliyev: “Azərbaycan və İtaliya arasında Strateji Partnyorluq sahəsində dövlətlərarası saziş imzalana bilər”
"Yaxın zamanlarda Azərbaycan və İtaliya arasında Strateji Partnyorluq sahəsində dövlətlərarası sazişin imzalanması gözlənilir". SİA-nın məlumatına görə, bunu Energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu sənədin üzərində Azərbaycan Xarici İşlər Nazirliyi iş aparır: "İtaliya Qazaxıstanla belə bir sənəd imzalayıb. Azərbaycan və İtaliya əlaqələri elə bir yüksək səviyyədədir ki, iki ölkə arasında Strateji Partnyorluq sahəsində dövlətlərarası saziş imzalana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB