www.virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilir

www.virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilir

Bakıda "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, layihənin məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılması, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumatların ötürülməsidir. Mərasimdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov və digər şəxslər iştirak edir.

Təqdimat mərasimində həmçinin rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, beynəlxalq və ictimai qurum və gənclər təşkilatlarının rəhbərləri iştirak edib. Tədbirdə "Qarabağa doğru" filmi və "Şuşa - Virtual Səyahət" 3D qrafik təsvirli filmin də təqdimatı olacaq.

Qeyd edək ki, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011- 2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə