Xələf Xələfov: “Qəbələ RLS məfhumu artıq yoxdur”

Xələf Xələfov: “Qəbələ RLS məfhumu artıq yoxdur”

Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam başa çatdırıb. SİA-nın məlumatına görə, SİA-nın məlumatına görə bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavinin sözlərinə görə, Rusiya tərəfindən də stansiyanın bağlanması ilə əlaqədar bütün tədbirlər sona çatdırılıb: "Artıq stansiya fəaliyyət göstərmir və Rusiya tərəfinin komissiyada çalışan kontingenti oradan çıxarılıb. Bu məsələ bitmiş hesab olunur".

X.Xələfov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında danışıqlarda "Qəbələ RLS məfhumu artıq yoxdur: "Çünki stansiya işini dayandırıb".

Qəbələ RLS-in binasının gələcəkdə istifadəsinə dair məsələyə gəlincə isə X.Xələfov deyib ki, bina Nazirlər Kabinetinin qərarı ilə ilə müvafiq qurumlara həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə