"Bir çox hallarda ATƏT MDB məkanında keçirilən seçkilərə qərəzli yanaşır"

"Bir çox hallarda ATƏT MDB məkanında keçirilən seçkilərə qərəzli yanaşır"

"Son dövrlərdə Azərbaycanda keçirilən seçkilər öz demokratik və ədalətliliyi ilə seçilir. Bunu MDB icraiyyə komitəsi sədrinin birinci müavini Vladimir Qarkun Azərbaycan parlamentində keçirilən beynəlxalq seminarda "Avropada MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşmə yolu və praktikada tədbiqi" mövzusunda məruzə ilə çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən son prezident seçkiləri bir daha ölkədə seçkilərin beynəlxalq standartlara uyğun demokratik, ədalətli formada keçib: "Seçkilərin şəffaf və ədalətli keçirilməsi bunu deməyə əsas verir. Çünki bu seçkilərdə bütün siyasi qüvvələrin iştirakına, yerli və beynəlxalq müşahidəçilərə seçki prosesini izləmək üçün bütün lazımi şərait yaradılmışdı".

O, eyni zamanda, bəzi beynəlxalq təşkilatların, xüsusilə də, ATƏT-in MDB məkanında keçirilən seçkilərə ikili standartla yanaşmasına öz narahatçılığını bildirib: "Bir çox hallarda ATƏT MDB məkanında keçirilən seçkilərə qərəzli yanaşır və seçkilərin beynəlxalq standartlara uyğun olmadığını bəyan edir. Lakin dəfələrlə qərbli tərəfdaşlarımıza bəyan etmişik ki, dedikləri beynəlxalq standartların vahid formasını müəyyənləşdirsinlər və bundan sonra seçkilərin həmin formaya uyğun olmadığını iddia etsinlər".

MDB məkanında keçirilən seçkilərin demokratik şəraitdə baş tutduğunu deyən V.Qarkun bildirib ki, buna rəğmən seçki qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

O, məruzəsinin yekununda bir daha Azərbaycanda keçirilən seçkilərə toxunaraq qeyd edib ki, seçkilər yüksəs səviyyədə təşkil olunmuşdu və xalq sabitliyə, ölkənin inkişafına səs vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə