Hafiz Hacıyev: “Qəmbərov İsa, Kərimov Əli haranın qoduğudur ki,...” AÇIQLAMA

Hafiz Hacıyev: “Qəmbərov İsa, Kərimov Əli haranın qoduğudur ki,...” AÇIQLAMA

"Azərbaycandakı ictimai-siyasi proseslər onu göstərir ki, hələ də ölkəmizdə ənənəvi satqın müxalifət mövcuddur. Həmin müxalifət isə bir növ öz qəbrini qazaraq dəfn olub". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müxalifətin ötən günkü aksiyasına münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, bu gün xalq arasında Qəmbərov İsanın, Kərimov Əlinin heç bir nüfuzu yoxdur: "Onlar sadəcə olaraq Qərbin və Avropanın bəzi dairələrinin diqtəsi ilə oturub-dururlar. Əgər biz diqqət yetirsək görərik ki, Qəmbərov İsa Azərbaycanda heç nəyə nail ola bilməyə-bilməyə Ukraynaya gedərək, orada aksiyaçılara qatılıb, sərsəm fikirlər səsləndirib. Təbii ki, bu, çox yaramaz bir haldır. Bunlar sadəcə olaraq siyasi alverçilərdir. Hətta, məndə ciddi faktlar belə var. Ənənəvi müxalifəti bəzi dairələr çağırırlar ki, axı sizlər niyə meydanlara çıxmırsınız? Mən özüm bu müxalifətlə haqq-hesabı çürüdəcəm. Axı onlara kim ixtiyar verib ki, Azərbaycan Prezidentinin ünvanına sərsəm fikirlər səsləndirirlər? Hətta, lazım olarsa, ənənəvi müxalifətin ölümünə belə gedib çıxacam. Qəmbərov İsa, Kərimov Əli haranın qoduğudur ki, özlərini saxlaya bilməyə-bilməyə ölkə başçısının ünvanına iftira dolu fikirlər səsləndirir. Mən bunların reallaşmasına heç cürə imkan verməyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə