Məlum olduğu kimi Rusiyanın Gömrük İttifaqı layihəsinin müddəaları arasında sadələşdirilmiş viza rejmi bəndi var idi. Lakin bu zaman sual yaranır - nə üçün ötən gün Rusiyanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə sadələşdirilmiş viza rejmi haqqında razılaşma imzalamaq qərarını rəsmən bildiriblər? Əgər sadələşdirilmiş viza rejmi Gömrük İttifaqı çərçivəsində var idisə, Rusiyaya Avropa Birliyi ilə sadələşdirilmiş viza rejmi nəyə gərəkdir? Mövzu ətrafında analiz apardığımız zaman belə qənaətə gəlmək mümkündür ki, qızğın müzakirələri ilə yadda qalan Vilnüs sammitindən sonra Rusiya əslində, çox şeyi anladı.
Misal üçün, Gürcüstansız, Azərbaycansız və Moldovasız Gömrük İttifaqı layihəsi uğrsuzluğa düçar ola, gerçəkləşməyə bilər. Belə olan təqdirdə Putinin postsovet məkanını yenidən toplamaq arzusu reallaşmamış olarq qalacaq. Amma söz yox ki, Rusiyaya real bir layihə lazım idi. Nəzərə alsaq ki, rəsmi Moskvanın Ukrayna hədəfi boşa çıxdı, Rusiya hazırda mövcud vəziyyəti öz xeyrinə hesablamaq niyyətindədir. Çünki, Ukrayna Avropa İttifqı ilə assosiativ sazişin imzalamaqdan vaz keçdiyi zaman Rusiya erkən qələbə çaldığını, triumf qazanmasını ABŞ və Qərbə nümayiş etdirməyə tələsdi. ABŞ və Qərb isə sona qədər oynamaq qərarına gəldi. Bəziləri isə hətta ABŞ-ı və Avropa İttifaqının inadkarcasına Ukraynanı Rusiyanın təsirindən xilas etmək istəkləri müəyyən mənada Şimal ölkəsini məyyus etdi. Rusiya dövlət başçısı Vladimir Putin görünür Gömrük İttifaqı layihəsinin gerçəkləşməsini bir müddət unutmaq qərarına gəlib. Buna görə də, Azərbaycanın Avropa İttifaqı ilə sadələşdirilmiş viza rejmi haqqında balanslaşdırılmış siyasətindən, eləcə də qərarından sonra Rusiya da eyni siyasi gedişi getmək qərarına gəldi. Belə bir mövcud vəziyyətdə rəsmi Moskva Rusiyanın siyasi simasını qorumaq üçün Qərb və ABŞ qarşısında məğlub olduğunu etiraf etmək istəmir. Görünür, bu üzdən Rusiya sanki emulartək başını quma gizlədərək Avropa İttifaqına sadələşdirilmiş viza rejmi üçün müraciət edir.
Lakin burada daha bir sual yaranır - əgər Rusiya müəyyən müddətlik Gömrük İttifaqı layihəsini unutmaq qərarına gəlibsə, Gömrük İttifaqına rəsmən üzvlüyü qəbul etmiş Ermənistan, Qazaxıstan və Belarusun taleyi necə olacaq? Yəqin ki, Rusiya hələ ki, özünü düşünməklə məşğuldur çünki, rəsmi Moskvanın "mat"ı qəbul etməsi çox qəliz məsələdir. Putin hələ ki, siyasi şahmatda o qədər də yaxşı oyunçu deyil. Ən əsası ona görə ki, səbrsiz və hövsələsizdir. Siyasi şahmat isə adi şahmat oyunundan daha çox səbr tələb edir. Çünki siyasi şahmatda daha həssas məqamlar var. Putin isə o məqamları hesablamadan bir başa icraya keçid aldığından "böyük planının" möhtəşəm qələbəsini, tirumfunu yaşaya bilmədi.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB