Ümummilli Liderin anım günü xarici ölkələrdəki diaspor təşkilatları tərəfindən qeyd olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ölkəmizin xarici ölkələrdə fəaliyyət diaspor təşkilatları tərəfindən müxtəlif regionlarda geniş şəkildə qeyd olunub. Diasprla İş Üzrə Dövlət Komitəsinin ətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ABŞ-da Azərbaycanın diasporunun işkişafında müstəsna rolu olan və hər zaman dünya azərbaycanlılarının həmrəyliyinə öz töhfələrini verən Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib. Azərbaycan Nyu-York Assosiasiyasının nümayəndələri tərəfindən təşkil olunan anım mərasimində Nyu-Yorkda yaşayan azərbaycanlılar fəal iştirak edib. Mərasimdə çıxış edən Assosiasiyanın rəhbəri Ercan Yerdələnli Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, Azərbaycanın müsbət siyasi aurasını, özünəməxsus beynəlxalq imicini yaratmasından, dövlət siyasətinin formalaşması sahəsində həyata keçirdiyi islahatlardan danışıb.

Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu il dönümü ilə bağlı Kanada da anma mərasimləri olub. Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyanın mərkəzində Ümummilli liderin anım günü ilə əlaqədar dəyirmi masa təşkil edilib. Tədbirdə Ümummilli Liderin quruculuq siyasəti, hakimiyyətdə olduğu müddətdə siyasi fəaliyyətinin əsas istiqamətləri, xalq qarşısında əvəzolunmaz xidmətləri müzakirə edilib. Tədbirin sonunda Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Xüsusi təyinat" adlı qısametrajlı sənədli filmi nümayiş edilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib. Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki bir neçə ali məktəbin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Ulu Öndərin amın günü Almaniyada da qeyd edilib. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birgə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Xalqın taleyinə bağlı ömür" tədbiri keçirilib. Tədbirdə Almaniyada fəaliyyət göstərən bir çox diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Xatirə gecəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Azərbaycan deyəndə....." sənədli filmi nümayiş olunub.

Anım günündə həmçinin Fransada fəaliyyət göstərən Paris "Azərbaycan Evi" Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirib. Tədbirdə Fransada calışan və təhsil alan bir sıra soydaşlarımız fəal iştirak ediblər. Sonda Ümummilli Lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən "Alm.Az" Drezden Almaniya - Azərbaycan Dostluq cəmiyyətinin təşkilatçılığı ilə Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunantədbir keçirilib. Tədbirdə həmyerlilərimizlə yanaşı, Saksoniya əyalətinin nüfuzlu ictimai xadimləri də iştirak ediblər.

Qeyd edək ki, anım mərasimləri dekabrın 18-dək davam edəcək. Bu günlərdə Danimarkada, Almaniyanın Haaqa, Bielefeld və digər şəhərlərində Ulu Öndər hörmət və ehtiramla yad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...