Kiyev şəhərində yerləşən Heydər Əliyev parkında "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu" İctimai Birlyinin nümayəndələri Ulu Öndərin əbədi xatirəsinə həsr olunmuş abidəni ziyarət edərək, qarşısına əklil qoyub, Ümumumilli Liderin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, daha sonra Ukraynanın Kiyev şəhərində "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporası"nın ofisində tədbir keçirilib. Tədbiri çıxış sözü ilə açan UABD-nin sədri Hikmət Cavadov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin parlaq siyasi fəaliyyəti nəticəsində hal-hazırda Azərbaycan nəinki regionda, hətta dünya miqyasında öz layiqli yerini tutub".
Tədbirdə iştirak edən Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq Hüquq kafedrasının professoru Arif Quliyev, "Kiyev – Mogilyan Akademiyası" Milli Universitetinin ümumi və slavyan dilçilik kafedrasının professor, tarix elmləri namizədi Fərhad Turanlı, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət mərkəzinin sədri Qurban Abbasov, Ümumukrayna Azərbaycan Gənclər Təşkilatının idarə heyətinin üzvü Ruhəngiz Əliyeva Heydər Əliyevin gördüyü işlər barədə söz açaraq qeyd etmişlər ki, məhz onun yeritdiyi qlobal siyasətin nəticəsi olaraq Azərbaycan bu gün dünyada dinamik inkişaf edən dövlətlərin sırasındadır.
Eyni zamanda, Ukraynada məskunlaşan azərbaycanlılar burada rahat, təhlükəsiz şəraitdə yaşadıqları üçün Ümummilli Lider Heydər Əliyevə minnətdar olduqlarını bildirərək bu gün onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB