Eldəniz Quliyev: “İndi nəyin dəyişdiyini Arif Hacılıdan soruşmaq lazımdır”
“El” Müsavatı anlaya bilmir
Müsavat Partiyasının müxalifət daxilində məsləhətləşmələr aparması Milli Şurada birmənalı qarşılanmayıb.

SİA-nın məlumatına görə, Eldəniz Quliyev Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiya Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının bu kimi addımlarından heç nə başa düşmədiyini bildirib: "Mənə bu məsləhətləşmənin konsepsiyası çatmır. Hamımız bir qurumda, Milli Şuradayıq. Məsləhətləşəcəkdilərsə, elə bunu Milli Şuranın daxilində edərdilər. İndi nəyin dəyişdiyini Arif Hacılıdan soruşmaq lazımdır. Əsas odur ki, bir-birimizə qarşı ittihamlar yerimizdə saymaqla nəticələnəcək".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə