Dünən gecə saatlarında Səngəçal qəsəbəsi ərazisində dəhşətli olay baş verib. Vüqar adlı şəxs "Kamaz" markalı yük maşını ilə daş karxanasından gəlirmiş və Sofi Həmid deyilən qəbirstanlıqdan bir az aralıda o gözlənilməz hadisə ilə rastlaşıb.
SİA-nın əməkdaşı ilə söhbətində Vüqar deyib ki, maşınımı daş karxanasında yükləyib yola çıxdım: "Qəbirstanlığa çatanda gördüm ki, nömrəsi olmayan, amma üstünə Nəqliyyat Departamenti yazılan cip mənim qabağımı kəsdi. Elə bildim ki, gəlib sənədlərimi tələb edəcəklər. Əyinlərində də nəqliyyat forması var idi, 2 nəfər maşından düşüb, yerdən kubiki götürüb mənim maşınımın şüşəsinə çırpıb qaçdılar. Maşınımın şüşəsi sındı, özüm yüngül xəsarət aldım. Onlar tez maşınlarına oturub aradan çıxdılar".
"Kamaz"ın sürücüsü deyib ki, nəqliyyat işçiklərinin onunla belə rəftar etməsinin səbəbi onlara rüşvət verməməsidir: "Dəfələrlə haqsız yerə qabağımı kəsib pul istəyiblər, amma verməməmişəm, ona görə indi də belə etdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB