"Riçard Kozlariçin Azərbaycan hakimiyyəti haqqda bu qədər sərt tonda danışması, məsləhətlər verməsi, lüzumsuz müqayisələr aparması həqiqətən nonsensdir, porodoksdur. İlk əvvəl ona görə ki, bu adam sözün əsl anlamında heç kimdir! Verdiyi bütün açıqlamalar da açıq bir psixozun sindromlarını xatırladır və səfir olduğu dönəmlərdə ölkəmizlə bağlı söylədiyi fikirlərlə əks-mütənasiblik təşkil edir. İkinci bir məqam isə onun postsovet, ələlxüsus da Qafqaz siyasəti ilə bağlı qəfil aktivliyidir. Hansı ki, bu faktın özü də ayrı bir müzakirənin mövzusudur və ya ömrü boyu əmr qulu olan birinin bu "oyun"lara özbaşına girməsi heç bir halda inandırıcı görünmür. Ən nəhayət, Kozlariçin son proseslərlə bağlı ictimai rəyə hesablanan addımları, mediada rabitəsiz gəzişmələri özündə həm də o məntiqi ehtiva edir ki, Qərb hələ də regionla bağlı stabil siyasət konsepsiyasına malik deyil və öz vassalları vasitəsilə ölkələr, vətəndaşlar arasında ajiotaj yaratmağa qərarlıdır". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlarıçın "Azadlıq"radiosuna verdiyi son müsahibəyə münasibət bildirərkən söyləyib.
"Kozlariç kimdir bizə məsləhət versin, nəyi necə edəcəyimizlə bağlı mülahizələr yürütsün, Azərbaycanın xarici siyasəti ilə bağlı dəyərləndirmələr aparsın? Əlbəttə, heç kim. Sadəcə adama verlən təlimatın indeks və mahiyyəti ondan ibarətdir ki, söylənən fikirlərin fonunda "Qərb təsiri" görüntüsü yaransın, katalizator effekti alınsın. Vəziyyət Amerikanın, ya da onun qanadı altında olan Avropanın maraqlarına uyğun davam etmədikdə isə istiqamət qəfil dəyişsin. Vəssalam. Yəni, mahiyyət eynidir - ənənəvi Qərb siyasətindən gedir söhbət! Elə bu səbəbdən də, Kiyevdəki hadisələr dəxli olmayan bir rakursda, məqsədli şəkildə qabardılır, Vilnus sammitinin yekunları ilə bağlı ağlasığmaz mükalimələr aparılır. Və, bu da azmış kimi rəsmi Bakıya Kozlariçin dili ilə şantaj, minnət oldu mesaj göndərilir ki, hələ Qərbin qapıları tam bağlanmayıb, tələsin.
Son dərəcə absurd səslənişdir, deyilmi?! Ələlxüsus da bu fikirlər Azərbaycana, onun liderinin apardığı məqsədyönlü, prisinsipial siyasətə bələd olan birinin timsalında səslənirsə...
Və ya, Azərbaycan düz 21 ildir özünə məqbul, özünə uyğun, özünə lazım bildiyi yolu gedir. Məqsədini, məramını, siyasi kursunu yalnız və yalnız özü təyin edir. Yaxın və uzaq perspektivdə də həmin yolu, istiqaməti qətiyyən dəyişmək fikri yoxdur!
Odur ki, Kozlariç ənənəvi ampluasına sadiq qalıb "vızıldamağa", könül bulandırmağa davam eləsin. Onsuzda nəticə etibarilə öz ağsaqqallarına və ağbirçəklərinə verəcəyi hesabat bütün hallarda məyusedici olacaq" – deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB