Ermənistanda "Sarkis Txruni " Gənc Tələbələr Birliyi və "Qançakyan" Sosial Demokrat Partiyası Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistanda yüksək səviyyədə qarşılanmasının əleyhinə çıxış edərək onun dəvətini geri götürməyi tələb ediblər. Bu sözləri SİA Ermənistanın "News.am" saytına istinadən xəbər verir.
Bəyanatda eyni zamanda deyilir: "12 dekabr tarixində Türkiyə XİN başçısı Əhməd Davudoğlu İrəvana gələcək. Türkiyə dövlət təbliğat maşını isə artıq məlumat yayır ki, Davudoğlu Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ məsələsinə toxunmağı planlaşdırır. Ermənistan-Türkiyə sərhədlərinin açılması müqabilində isə ilkin şərt qismində azad olunmuş rayonların Azərbaycana verilməsi qeyd olunacaq". Sayt qeyd edir ki, erməni icması Ermənistan hakimiyyətindən Davudoğlunun bu ölkənin soyqırımını inkar edən antierməni hərəkatının ideoloqlarından biri kmi qəbul edir və onun gəlməməsini istədiklərini bildirlər:
1. Onu dövlət səviyyəsində qəbul etməməyi
2. İrəvanı ermənilərə qarşı platforma qismində istifadə etməyə imkan verməməyi.
3. Türkiyənin xarici işlər nazirinin bəyanatına cavab olaraq, erməni soyqırımı, "Sevrsk" müqaviləsi haqqında xatırlatmaq, eləcə də müasir Türkiyənin erməni torpaqları üzərində yaradıldığını bəyan etmək".
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB