İsrail prezidentindən sensasion açıqlama: “İran bizim düşmənimiz deyil”
İsraildən İranla bağlı sensasion açıqlama yayılıb. Bu haqda SİA Türkiyənin "Zaman" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, belə bir açıqlama ilə İsrail prezidenti Şimon Peres çıxış edərək qeyd edib ki, İran bizim düşmənimiz deyil.
Peres hətta, İran prezidenti Həsən Ruhani ilə bir araya gələ bilməsinin mümkünlüyünü də vurğulayıb.
Paytaxt Təl-Əvivdə keçirilən konfransda çıxış edən Şimon Peres onu da bildirib ki, o, yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı müzakirələrinin müsbət nəticələnəcəyinə və Tehranın qəbul olunacaq qərarlara sayğı göstərəcəyinə ümid bəsləyir.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB