Hürrü Əliyev: Bir-birləri ilə didişən, bir nəticəyə gələ bilməyən adamlar cəmiyyətdə necə ajiotaj yarada bilər ki?”
"O birliklər ki sırf seçkidə iştirak etmək üçün qurulub onların sonu olmur. Perspektivi olmayan bir qurumun nəticəsi də olmur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMACP) sədri Hürrü Əliyev deyib.
Milli Şuranın dekabrın 15-də keçirəcəyi mitinqinə münasibət bildirən partiya sədri qeyd etdi ki, belə bir qurum artıq mövcud deyil: "Tamamilə süqutuna isə bir aydan da az vaxt qalıb. Onların keçirdikləri mitinqdə də hər hansı bir ajiotaj ola bilməz. Şura daxilində bir-birləri ilə didişən, bir nəticəyə gələ bilməyən adamlar cəmiyyətdə necə ajiotaj yarada bilərlər ki?".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB