“Rosbalt”: “Ukrayna Gömrük İttifaqına üzvlüyü qəbul etdi”

Ukraynanın dövlət başçısı Viktor Yanukoviç ötən gün Rusiya ilə danışıaqlar zamanı Gömrük İttifaqına üzvlüyü qəbul etdiyini bildirib. Bu haqda SİA Rusiyanın "Rosbalt" saytına istinadən xəbər verir. Məlumata görə, Soçidə bağlanan bu strateji razılaşmaya əsasən Rusiya Ukraynaya 5 milyard dollar məbləğində vəsait ayırıb. Bununla yanaşı Rusiya qazının Ukraynaya kubmetri 200 min dollara satışı da müəyyənləşdirilib.

Qeyd edək ki, Rusiya Ukraynaya qaz təchizatını 2009-cu ildən etibarən kubmetri 500 min dollar vəsaitə edirdi. Razılaşmanın əsas müddəlarından biri odur ki, Ukrayna Gömrük İttifaqında fəaliyyətə yaxın zamanlarda başlamalıdır.

Rusiya prezident admenistrasiyasının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, qısa işgüzar səfər zamanı Ukrayna prezidenti Viktor Yanukoviç və Rusiya lideri Vladimir Putin Rusiya-Ukrayna arasında ikitərəfli münasibətlər və Moskvada keçiriləcək Dövlətlərarası komissiyasının iclasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilib".

Viktor Yanukoviçin mətbuat xidməti isə öz növbəsində, bildirib ki, tərəflər gələcək strateji tərəfdaşlıq haqqında müqavilənin hazırlanması haqqında danışıblar.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...