“Gənc kadrların önə çəkilməsi ölkə gəncliyinə dəstəyin ifadəsidir”
"Gənclərin inkişafı istiqamətində həyata keçirilən islahatları hər bir Azərbaycan gənci öz gündəlik həyatında hiss edir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışarkən deyib.
Onun sözlərinə görə, "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" dövlət proqramının, xaricdə təhsil alan tələbələrlə bağlı proqramın qəbulu, o cümlədən Gənclər Fondunun yaradılması ölkə gəncliyinin qarşısında yeni imkanlar açır: "Gənc kadrların önə çəkilməsi, dövlət idarəçiliyinə gətirilməsi ölkə gəncliyinə dəstəyin ifadəsidir və biz gənclər olaraq bizə göstərdiyi dəstəyə görə, cənab Prezident İlham Əliyevə təşəkkür edirik. Azərbaycanda gənclərin öz potensialının gerçəkləşdirməsi, istər ölkəmizdə, istərsə də xaricdə təhsil alaraq, peşəkar kadr kimi yetişdirilməsi üçün bütün imkanlar yaradılıb. Son illərdə Azərbaycanda 1 milyona yaxın yeni iş yeri açılıb ki, bu iş yerlərinə də daha çox gənclər cəlb olunub. İstər dövlət idarəçiliyində, istərsə də özəl sektorda gənclərin xidmətlərindən, potensialından istifadə olunur. Biz ölkə gəncliyi olaraq bizə yaratdığı şəraitə görə, cənab Prezident İlham Əliyevə təşəkkür edir və dövlətçilik maraqlarının qorunması istiqamətində onunla birlikdə olduğumuzu bəyan edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB