Tural Abbaslı: “Rüstəm İbrahimbəyovun düşüncələri mənim üçün önəmli deyil”

Tural Abbaslı: “Rüstəm İbrahimbəyovun düşüncələri mənim üçün önəmli deyil”
"Rüstəm İbrahimbəyovun bəyanatı ona oxşayır ki, istəyirlər qalsınlar, istəmirlər qalmasınlar. Əslində, Müsavatın Milli Şurada qalıb qalmamasını Müsavatdan başqa kimsə həll edə bilməz, o ki qaldı Rüstəm İbrahimbəyov". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı bildirib.

Rüstəm İbrahimbəyovun "Müsavatın Milli Şuradan gedib-getməməsi və "fəxri sədr"liyimə etiraz etməsi mənim üçün önəmli deyil" fikrinə münasibət bildirən T.Abbaslı qeyd edib ki, əgər Müsavat Milli Şurada olmasa idi, bu qurum olmayacaqdı: "Rüstəm İbrahimbəyovun bu fikrini düzgün hesab etmirəm. Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun düşüncələri mənim üçün önəmli deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə