Almaniyanın “DW” saytı: “Ermənistan Putini etirazlarla qarşıladı”

Ermənistan Putini etirazlarla qarşıladı. Bu haqda SİA Almaniyanın "DW" saytına istinadən yazıb.

Sayt xəbər verir ki, Yerevanın mərkəzi küçələrində Ermənistanın Gömrük İttifaqına üzv olmasını müzakirə etməyə hazırlaşan Rusiya və Ermənistan prezidentlərinin görüşünü erməni icması kütləvi etirazlarla qarşılayıb.

"Röyters" agentliyin verdiyi məlumata görə isə, 500-ə qədər etirazçı küçələrə tökülüşərərək, Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinə etirazlarını bildiriblər. Nümayişçilər əllərində Putinə qarşı "Putin rədd ol evinə", "SSRİ-yə qayıtmayacağıq" kimi şüarlar səsləndiriblər. Nümayişçilər arasında Ermənistan parlamentinin deputatları və prezidentliyə namizəd A.Qukasyan da iştirak edib. Polislər nümayişçilərin prezident iqamətgahına aparan küçələrə çıxmamaları üçün müqavimət göstərib. Bu da polislərlə etirazççılar arasında qarşıdurmaya səbəb olub və 11 nəfər polis tərəfindən saxlanılıb.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...