Deputat Serj Sərkisyanı “kəndçi təfəkkürlü” hesab edir

Deputat Serj Sərkisyanı “kəndçi təfəkkürlü” hesab edir

SİA-nın Ermənistanın "Armenia today" nəşrinə istinadən verdiyi xəbərə görə, rəsmi Yerevanın müxalif "İrs" partiyasının parlament fraksiyasının rəhbəri Zauru Postançyan Rusiya prezidenti Vladimir Putinin paytaxtda deyil, Gümrü şəhərində qarşılanmasını "kəndçi təfəkkürü" adlandırıb. Bununla yanaşı, deputat səfərin bu formada təşkil olunmasına olduqca mənfi yanaşdığını bildirib.

"Sovet İttifaqının dağılmasından sonra 22 il ərzində biz öz hüquqlarımızı bərpa edə bilməmişik. Ona görə, bu "kəndçi təfəkürü" sadəcə olaraq bizim suverenliyimizin məhv edilməsidir. Bir daha təkrar edirəm ki, bu cür "kəndçi təfəkkürü" sayəsində biz iflasa gedirik" - deyə Postançyan bildirib.

Deputat vurğulayıb ki, Putin Ermənistanın suverenliyini aparmağa gəlir, lakin onun başqa vəzifəsi də var. Postançyan "İrs" partiyasının Putinin səfərinə və Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz proseslərində yer alacağını deyib.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə