Araz Əzimov Braziliyada səfərdə olub

Araz Əzimov Braziliyada səfərdə olub

Noyabr 25-27 tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Braziliyada səfərdə olub. XİN-dən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Araz Əzimov və Braziliya xarici işlər nazirinin müavini Karlos Paranyos arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı tərəflər son 20 ildə iki ölkə arasındakı əlaqələrin inkişaf dinamikası və əldə olunmuş nailiyyətlər haqda müzakirələr aparıblar. Həmçinin ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub. Tərəflər regional, beynəlxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin, müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, ikitərəfli və çoxtərəfli əsasda siyasi dialoq mexanizminin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfər zamanı nazir müavini Araz Əzimov Braziliya parlamentində, Braziliya müdafiə nazirliyində və digər qurumlarda yüksək səviyyəli görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə