Rauf Arifoğlu: “Bu, ümumilikdə nəhəng bir yayım şəbəkəsi deməkdir” AÇIQLAMA
"Azərbaycan Prezidenti cənab İlham Əliyevə ikinci dəfə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması təqdirəlayiqdir. Biz bu görüşdə öz fikirlərimizi və probemlərimizi aydın şəkildə cənab Prezidentə çatdırdıq. Dövlət başçısından aldığımız cavab isə uğurlu oldu". Bunu SİA-ya "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
Baş redaktorun sözlərinə görə, artıq ötən həftələrə nisbətən vəziyyət düzəlməyə doğru gedir: "Son 3-4 gündə qəzetimizin satışının artması müşahidə olunur. Ötən həftə ilə müqayisədə gün ərzində 400 nüsxə artım olub. Paytaxt Bakı şəhərinə gətirilən yeni köşklər artıq qəzetləri alaraq satmağa başlayıb. Onlar artıq həm bizim qəzetimizi, həm də digər qəzetləri vitrinə qoyaraq, insanlara satırlar. Bakı şəhərinə 700 yeni köşk gətirilib . Bu isə ümumilikdə nəhəng bir yayım şəbəkəsi deməkdir. Əgər hər bir köşk gün ərzində 20 ədəd qəzet qəbul edərsə, bu, 14-15 min traj deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB