"Azərbaycanda hər kəsin söz azadlığı var. Ona görə də hər kəs öz fikrini sərbəst ifadə edə bilir. Amma, hesab edirəm ki, tənqid haqlı olmalıdır". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Cəmil Həsənlinin ötən gün keçirdiyi mətbuat konfransında iqtidarla bağlı səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.
Ə.Orucov bildirib ki, hər bir cəmiyyətdə tənqid oluna biləcək məqamlar var: "Amma hansısa bir problemin varlığı bildirilirsə, onun çıxış yolları da göstərilməlidir. Hər şeyə qara baxmaq, təqidi yanaşmaq cəmiyyətdə də dəstək qazanmır. Ona görə də problem göstərilərkən çıxış yolları da hökmən göstərilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB