Elmar Məmmədyarov İspaniyanın sabiq xarici işlər nazirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın sabiq xarici işlər naziri Migel Anhel Moratinos və İspaniyanın Cenevrə və Moskvadakı sabiq səfiri olmuş Xuan Antonio Marçı qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İspaniya nümayəndələri Azərbaycanda gördükləri sürətli və dinamik inkişafın onlarda müsbət təəssüratlar doğurduğunu deyiblər.
Görüşdə Azərbaycan və İspaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi, enerji, turizm, sənaye, kənd-təsərrüfatı kimi sahələrdə əməkdaşlıq, ticarət əlaqələrinin təşviq edilməsi və birbaşa hava xəttinin açılması məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB