Yerevanda yenə qarşıdurma olub

Yerevanda Prezident Administrasiyası önündə Ermənistanın Gömrük İttifaqına daxil olmaq barədə hökumətin qərarından imtina olunmasını tələb edən 40-50 nəfərin iştirakı ilə aksiya keçirilir.

Bu barədə SİA "Ermənistan Xəbərləri"nə istinadən məlumat verir.

Xəbərə əsasən, Milli Özünütəyinetmə Birliyi Partiyasının sədri Paruyr Ayrikyanın da iştirak etdiyi aksiyada "Vilnüs, ya da istefa", "Gömrük İttifaqına yox!", "Rus imperiyasına yox!" şüarları səsləndirilib.

Qeyd edək ki, sentyabrın 3-də Ermənistan və Rusiya prezidentləri Ermənistanın Gömrük İttifaqına daxil olması və Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə