Qabil Hüseynli: “İran-ABŞ sazışındən sonrakı iqtisadi sıçrayış müvəqqəti hadisədir”

Qabil Hüseynli: “İran-ABŞ sazışındən sonrakı iqtisadi sıçrayış müvəqqəti hadisədir”

"İran və ABŞ arasındakı Cenevrə danışıqlarından sonrakı iqtisadi sıçrayış müvəqqəti hadisədir və bir müddət sonra hər şey qaydasına düşəcək".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib. Onun sözlərinə görə, ABŞ-İran arasındakı Cenevrə sazişinin qüvvədə qalması o qədər də inandırıcı görünmür: "Sazişə görə ABŞ İrana qarşı tətbiq edilən sanksiyaların bir qismini yumuşalda biləcəyinə söz verib və bunun ilkin mərhələsi kimi Amerika banklarındakı İranın 8 milyard dollar məbləğində vəsaitini aktivləşdirərək Tehrana qaytarıb. Bu da təbii ki, maliyyə bazarında müəyyən dalğalanmaya səbəb olmalı idi. Bu da qızılın və dolların dəyərdən düşməsi ilə müşahidə olundu".

Politoloqun sözlərinə görə ümumilikdə bu sazişi İranın ilkin uğuru adlandırmaq olar, amma İran üzərindəki buludların seyrəkləşdiyini demək mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə