"Müxalifət mətbuatında Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşünü iqtidar-müxalifət dialoqunun başlanğıcı kimi dəyərləndirmək istəyənlər yanlışlığa yol verirlər". Bu sözləri SİA-ya açıqlaması zamanı "Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mubariz Qurbanlı deyib.
M.Qurbanlı birmənalı şəkildə deyib ki, bu görüş Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi ilə əlaqədar keçirilən tədbir idi: "Bu mərasim hansısa bir iqtidar-müxalifət dialoqu deyil. Azərbaycan Prezidentinin mükafat alması ilə əlaqədar keçirilən mərasim idi. Burada ölkədə fəaliyyət göstərən media qurumlarının nümayəndələri, o cümlədən müxalifət partiyalarının nəzarətində olan mətbuatın nümayəndələri də iştirak edirdi. Prezident İlham Əliyevin Azərbaycanda ikinci dəfə "Jurnalistlərin dostu" seçilməsi zəruri və təbii, qanuni hadisə idi. Bu hadisə Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının, həyata keçirdiyi siyasətin jurnalist təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyinin əyani sübutu idi".
YAP İcra katibinin müavini vurğulayıb ki, YAP hər zaman dialoqa hazırdır və Azərbaycan cəmiyyətində də dialoq mühiti var: "Kim özünü Azərbaycanda ictimai-siyasi proseslərdən kənarda qoyursa, o kəslər dialoq mühitindən kənardadır. YAP süni surətdə hansısa mövzunu ortaya ataraq, bunu dialoq adı altında qiymətləndirməyin tərəfdarı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB