Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-da İrana səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının Tehranda keçiriləcək növbəti 21-ci iclasında iştirak etməkdir.
İclas zamanı gündəliyə uyğun olaraq, bir sıra məsələlərin müzakirəsi, o cümlədən təşkilat çərçivəsində ölkələr arasında əməkdaşlıq və təşkilatın inkişafı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, builki iclasda İƏT Nazirlər Şurasına sədrlik Azərbaycandan İrana keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB