YAP və AKP gəncləri arasında əməkdaşlıq imkanları müzakirə edilib FOTO

YAP və AKP gəncləri arasında əməkdaşlıq imkanları müzakirə edilib FOTO

Türkiyə Cümhuriyyətinin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə 22-25 noyabr tarixlərində ölkəmizə işgüzar səfərə gəlib.

SİA-nın məlumatına görə, səfərin ilk günü zəngin keçib. Belə ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun müşaiyəti ilə AKP Gənclik Qollarının üzvləri öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını, sonra Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanovun, Milli Məclisin sədr müavini Bahar Muradovanın qəbulunda olub, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Gənclər Fondunda işgüzar görüşlər keçiriblər.

Keçirilən görüşlərdə iki qardaş ölkə arasında bütün sahələrdə olan əməkdaşlıqdan söhbət açılıb, əməkdaşlıqda yeni imkanlarla bağlı müzarikələr aparıblar.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil edilən bu görşlərin əsas məqsədi partiyaların gənclər birlikləri arasında münasibətləri daha da yaxşılaşdırmaq və gələcəkdə birgə layihələr reallaşdırmaqla dövlətlərarası əməkdaşlığa tövhə verməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə