Seygey Lavrov: “Xəzərin hüquqi statusu yalnız sahilyanı dövlətlər tərəfindən müəyyən edilməlidir”
Xəzəryanı dövlət başçılarının növbəti sammiti 2014-cü ilin ortalarında Həştərxanda keçiriləcək.
SİA -nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun Moskvada keçirilən 34-cü iclasının açılışında çıxışı zamanı bildirib.
S. Lavrov onu da vurğulayıb ki, gələn ilin yazında Moskvada Xəzər problemlərinə dair nazirlərin konfransı keçirilə bilər. Eyni zamanda nazir, Xəzərin hüquqi statusu yalnız sahilyanı dövlətlər tərəfindən müəyyən edilməli olduğunu da əlavə edib.
Qeyd edək ki, sonuncu Xəzər sammiti 2010-cu ildə Bakıda keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB