“168 jam”: “ABŞ Ermənistanı rədd etdi”

“168 jam”: “ABŞ Ermənistanı rədd etdi”

2012-ci ilin dekabrında Ermənistanın baş naziri Tiqran Sarkisyanın ABŞ-a səfərindən sonra "Minilliyin çağırışları" proqramı çərçivəsində Ermənistana maliyyə yardımı bərpa olunacaqdı. SİA Ermənistanın "168 jam" qəzetinə istinadən məlumat verir ki, bu, birbaşa Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlı məsələ idi.

Xəbərdə deyilir ki, Ermənistan qoyulmuş şərtə əsasən, Rusiyayönlü xarici siyasətindən və Avropaya inteqrasiya prosesinin aktivləşməsindən imtina etməli idi: "Qoyulmuş şərtlərə riayət etməyən və nəticə etibarilə Rusiyanın vassalına çevrilən Ermənistan ABŞtərəfindən nəticə etibarilə "Minilliyin çağırışları" proqramı çərçivəsindəki maliyyə yenilənməsindən məhrum edilib. Beləliklə, ABŞ Ermənistan hökumətini rədd edib. Bunu isə ABŞ rəsmiləri kifayət qədər yığcam əsaslandırma ilə belə izah edirlər: " Ermənistan Respublikası proqramın standartlarına uyğun deyil".

"168 jam" nəşri qeyd edir ki, böyük ehtimalla bu qərar Ermənistanın gözlənilmədən Gömrük İttifaqına üzv olması ilə bilavasitə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə