Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Bununla əlaqədar Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Nizaməddin Qurban oğlu Cəlilova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB