Pənah Hüseyn: “İctimai Palata və Milli Şura bir-birini təkrarlayır”

Pənah Hüseyn: “İctimai Palata və Milli Şura bir-birini təkrarlayır”
İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn İP-in buraxılması əleyhinədir. SİA-nın məlumatına görə, hazırda dilemma qarşısında qaldığını gizlədə bilməyən AXP sədri Palatanın buraxılmasının əleyhinə söz demədiyini bildirib: "Mən İctimai Palatanın buraxılmasının vacibliyini xüsusi olaraq, vurğulamamışam. Demişəm ki, Milli Şura və İctimai Palata bir-birini təkrar edir".

Xatırladaq ki, bir sıra İP tərəfdarları Pənah Hüseyni Milli Şuranın lehinə çıxış etdiyini və Palatanın buraxılması təklifi ilə çıxış etdiyini iddia ediblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня