"Yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həllini gözləmək mümkün deyil". SİA-nın Böyük Qafqaz informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın siyasi şərhçisi, kofliktoloq Stanislav Tarasov deyib.
S.Tarasov Dağlıq Qarabağ probleminin həllinin tapmaca funksiyasını daşıdığını vurğulayıb: "Azərbaycan və Tükiyə administrasiyalarının problemin həllinə dair gördükləri işlər nəticəsiz qalır".
Stanislav Tarasovun sözlərinə görə, münaqişənin həllində diplomat və siyasətçilərin əsas işi iki ölkəni ayıran sərhədləri müəyyən etmək yox, onların birgə yaşamlarını birləşdirən amilləri müəyyən etməkdir və Qarabağ düyünü çözülməlidir: "Əks halda yaxın gələcəkdə müharibə ilə qarşılaşa bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB