AB-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi ADU-da təqdimatla çıxış edib

AB-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi ADU-da təqdimatla çıxış edib

Noyabrın 20-də Azərbaycan Dillər Universitetində Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Miguel Magro universitetin Pedaqoji fakültəsinin magistratura pilləsində təhsil alan tələbələri qarşısında "Şərq tərəfdaşlığı" mövusunda təqdimatla çıxış edib.

ADU mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Miguel Magro təqdimatda Avropa Birliyinin həyata keçirdiyi proqram haqqında tələbələrə geniş məlumat verib. O, bu proqramın Avropa Şurası və Avropa İttifaqının Azərbaycan Hökuməti ilə birgə əməkdaşlığı çərçivəsində şəxslərin insan hüquqlarının və fundamental azadlıqlarının müdafiəsinin inkişafı istiqamətində göstərdiyi əhəmiyyətli səy olduğunu vurğulayıb. Təmsilçi "Şərq tərəfdaşlıq" proqramının ölkələrarası əlaqələrin yaxşılaşdırımasına yönəldilmiş təşəbbüs olduğunu bildirib. M.Magro təqdimatında "Şərq tərəfdaşlıq" proqramını Avropa İttifaqının altı qonşu ölkəsini-Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynanı əhatə etdiyini tələbələrin diqqətinə çatdırıb. O, təqdimatında Şərq tərəfdaşlığının əsas amilləri, ortaq maraqlar və dəyərlər, mübadilələr, tərəfdaşlığın əsas hədəfləri, siyasi-iqtisadi əməkdaşlıq, ölkələrarası müqavilələr, vizanın əldə edilməsi və bu rejimlə bağlı yaşanan problemlər, onların yüngülləşdirilməsi, tərəfdaşlıq üçün yeni şərtlərin meydana çıxması məsələlərinə toxunub.

Miguel Magro, eyni zamanda cəmiyyətlə əməkdaşlıq, sivil cəmiyyətin tələbləri, mədəniyyət, yüksək təhsil, gənclər hərəkatı haqqında da məruzə edib. Təmsilçi, o cümlədən bir sıra beynəlxalq proqramlar, Erasmus Mundus, Tepmus kimi layihələri xatırladaraq, onların verdikləri yüksək nəticələr, statistikalar, təqaüd proqramları barədə məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə