YAP-ın 21 illiyi Binəqədi rayonunda qeyd edildi FOTOLAR

YAP-ın 21 illiyi Binəqədi rayonunda qeyd edildi FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatında Partiyanın yaranmasının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkilləri Eldar İbrahimov, Rəfail Cəbrayılov, Əli Hüseynov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digər partiya funksionerləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibatı binasının qarşısında ucaldılan Ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstələri qoyublar.

Daha sonra tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açıq elan edib. Partiya üzvlərini təbrik edən sədr gələcək fəaliyətlərində uğurlar arzu edib.

Çıxış edən rayon icra başçısı Xaləddin İsgəndərov partiya üzvlərinə təbrik edib. O bildirib ki, 21 ilə nəzər saldıqda Azərbaycanın bundan qabaqki dövrünü görməmək mümkün deyil. O hər kəsi ölkə başçısının ətrafına toplaşmağa çağırıb: "YAP Zaqafqaziyada ən güclü partiyadır. Hər birinizi təbrik edir, hər zaman ölkə başçısının ideyaları ətrafında möhkəm olmağa dəvət edirəm".

Daha sonra çıxış edən YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı partiyanın 21 illik fəaliyyətindən danışıb. Onun sözlərinə görə, YAP-ın rolu və əhəmiyyəti ölkəmizdə keçirilən seçki prosesində bir daha məlum olub: "Partiya müstəqilliyimizlə yaşıddır. Partiyanın 600 mindən çox üzvü var ki, orada gənclərin də sayı kifayət qədərdir. YAP-ın əsas funksiyası hamıya bəllidir. Partiya Azərbaycançılıq ideyalarına xidmət edir. Bu gün Azərbaycan güclü dövlətdir. Bakı şəhəri gözəlləşir. Nə qədər ki, Azərbaycan xalqı var, Ulu öndər Heydər Əliyev ideyalogiyaları da bir o qədər olacaq. Bu bir siyasi xətdir, bunu dəyişmək mümkün deyil. YAP dünyada özünü təsdiq etmiş bir partiyadır. Hər kəsi Ümummilli lider Heydər Əliyev yolu ilə gedən Prezident İlham Əliyev ideologiyalarına sədaqətə çağırıram".

Tədbirin davamında çıxış edən millət vəkili Eldar İbrahimov bildirib ki, YAP tarixi zərurətdən yaranıb. Onun sözlərinə görə, 21 il bundan qabaqki vəziyyət məcbur etdi ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlsin, partiya yaransın.

Ölkəmizin iqtisadi inkişafına toxunan millət vəkili bildirib ki, hazırda ölkəmizin büdcəsi qonşu ölkələrdən 5-6 dəfə çoxdur.

Tədbirdə Binəqədi rayonunun ictimsi-siyasi həyatında aktiv iştirak edən şəxslərə partiyanın Fəxri Fərmanı təqdim edilib.

Həmçinin tədbirdə YAP-a üzv olan gənclərə partiya vəsiqələri təqdim edilib.

Sonda isə Binəqədi YAP və rayon İcra hakimiyyətinin məktəblilər arasında partiyanın 21 illik ildönümünə həsr edilən Nə? Harada?Nə zaman? adlı İntellektual oyunun qaliblərinə mükafatlar təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə