"Mən Sergey Lavrovu heç vaxt səmimi görməmişəm. Xüsusilə Dağlıq Qarabağ məsələsində onun səmimiyyətinə inanmıram. Çünki o, ermənilərlə yaxın qohumdur".
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rusiya Dağlıq Qarabağ probleminin həllinə birbaşa dəstək verməyə hazırdır" bəyanatına münasibət bildirən politoloq Qabil Hüseynli bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Rusiyanın Dağlıq Qarabağla bağlı siyasətinin obyektivliyə, beynəlxalq hüquq normalarına əsaslanmadığını deyən politoloq qeyd edib ki, Rusiya daima Ermənistanın tərəfini tutub: "Bu gün Dağlıq Qarabağ probleminin həllində başlıca əngəllərdən biri Rusiyadır. Bu yaxınlarda Putin 500 nəfər iş adamı ilə İrəvana gedəcək. Yəqin orada yenə də ermənilərə ruh yüksəkliyi aşılayacaq. Putin Ermənistana yeni silah və texnika vədləri verməklə, bu problemin həllini daha da çətinləşdirəcək. Mən Lavrovun sözlərinə ritorika kimi baxıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB