Fələstin ilk dəfə BMT-də səs verdi

Fələstin ilk dəfə BMT-də səs verdi
SİA İTAR-TASS-a istinadən xəbər verir ki, bir il öncə BMT-də müşahidəçi ölkə statusu qazanan Fələstin tarixində ilk dəfə səsvermədə iştirak edib.

Fələstinli nümayəndələrin səsverməyə qatılması BMT-də təmsil olunan 193 ölkənin əksəriyyətinin alqışları ilə müşahidə olunub.

"Bu bizim azadlığa, müstəqilliyə və Millətlət Təşkilatına daimi üzvlüyümüzə doğru marşımızda əhəmiyyəli addımdır" - deyə Fələstinin BMT-dəki daimi müşahidəşisi Riyad Mənsur bildirib.

Qeyd edək ki, Fələstinin səs verməsi İsrailin etirazına səbəb olub. İsrail nümayəndələri bəyan ediblər ki, onların ölkələri Fələstini dövlət kimi tanımır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня