İqbal Ağazadədən Milli Şuraya XATIRLATMA

"Sübut edərəm ki, mən bu prosesdə daha çox haqlıyam”
İqbal Ağazadədən Milli Şuraya XATIRLATMA

Ümid Partiyasının sədri İqbal Ağazadə onu və partiyasını müxtəlif məsələlərdə ittiham edənlərə xüsusilə Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılıya cavab verib.

SİA-nın məlumatına görə, partiya sədri Milli Şuranın prezidentliyiə keçmiş namizədi Cəmil Həsənlinin parlamentdə deputat olduğu dövrlərdə müxalifətçilik etmədiyini xatırladıb: "Bu seçkilərdə müxalifət namizədi kimi iştirak edən və Arif bəyin də seçki qərargahına rəhbərlik etdiyi Cəmil müəllim 5 il parlamentdə müxalifətçilik eləməyib.Cəmiyyət proseslərə bir düşərgənin, partiyanın və ya fərdin gözü ilə qiymət vermir. Hər kəsin öz baxış bucağı var... Eyni zamanda mən də bu mövzuda əks-arqumentlər ortaya qoya bilərəm və sübut edərəm ki, mən bu prosesdə daha çox haqlıyam".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə