Ermənilər Azəri-Türk Qadınlar Birliyinin saytına hücum edib

Ermənilər Azəri-Türk Qadınlar Birliyinin saytına hücum edib

Azəri-Türk Qadınlar Birliyinin saytına hücum olub. Birliyin sədri Tənzilə Rüstəmxanlı SİA-ya açıqlamasında Azəri-Türk qadınlar birliyinin saytına Şimali Ermənistan Alyansı tərəfindən hücum edildiyini bildirib: "10 gün ərzində 2-3 dəfə Azəri-Türk qadınlar birliyinin saytına hücum edərək hədə qorxu gəlirlər".

Xatırladaq ki, bu tendensiya mütəmadi olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair Türkiyənin verdiyi rədd cavabından sonra müşahidə olunmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə