Arif Hacılı: “Həm Milli Şuranın strukturunda, həm də fərdi tərkibində dəyişikliklər edilməlidir”

Arif Hacılı: “Həm Milli Şuranın strukturunda, həm də fərdi tərkibində dəyişikliklər edilməlidir”

Müsavat Partiyasının Divanının dünən keçirilən toplantısında Milli Şuranın strukturunun yenidən qurulması, həmsədrlik institutunun yaradılması ilə bağlı irəli sürdüyü şərtlərinin dəyişmədiyi bəlli olub. SİA-nın əldə etdiyi məlumata görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı şərtlərlə bağlı bildirib ki, partiya yaxın vaxtlarda yeni siyasi şəraitə uyğun yeni hədəfləri müəyyənləşdirəcək: "Bu məsələlər artıq müzakirə olunur. Ən azı Milli Şuranın seçkidən əvvəlki strukturu, fəaliyyət istiqamətləri redaktəyə məruz qalacaq. Şəxsən mən Milli Şurada radikal dəyişikliklərin tərəfdarıyam. Həm Milli Şuranın strukturunda, həm də fərdi tərkibində dəyişikliklər edilməlidir".

"Müsavat Partiyasının Milli Şurada ciddi struktur dəyişikliyi və qurumun fərdi tərkibi ilə bağlı təklifləri qəbul edilərsə…"

Milli Şurada Müsavat Partiyasının qala bilməməsi ehtimalını da inkar etməyən Hacılı bildirib ki, əgər partiyanın şərtləri qəbul olunsa, qurumda qalacaq. Əksinə olacaqsa, onda Müsavat Milli Şuradan getməli olacaq: "Hazırda müxalifət qüvvələrinin yeni konsolidasiyası istiqamətində müzakirələr aparılır. Müsavat Partiyasının Milli Şurada ciddi struktur dəyişikliyi və qurumun fərdi tərkibi ilə bağlı təklifləri qəbul edilsə, Müsavat Partiyası Milli Şuranın fəaliyyətində aparıcı təşkilat olaraq qalmaqda davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə