Tənzilə Rüstəmxanlı: “Kaş bu addımı birinci biz ataydıq”

Tənzilə Rüstəmxanlı: “Kaş bu addımı birinci biz ataydıq”

"İranın Azərbaycana olan münasibəti neçə illərdir ki, göz qabağındadır, hər addımda ölkəmizin əleyhinə nə lazımdırsa edir. Ona görə də İranın bu addımı gözlənilən idi. Kaş bu addımı birinci biz atıb sərhədlərimizi bağlayaydıq". Bu fikirləri SİA-ya açıqlamasında "Azəri-Türk Qadınları İctimai Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı bildirib.

O qeyd edib ki, İran ilk baxışda yaxşı bəyanatlar verir, amma əməldə bunun tam əksin edir: "İran gözəl bilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Amma bununla belə Ermənistana hər cür yardım edir, Ermənistanın ehtiyaclarını ödəyir. İran bu işdə Ruisyadan çox canfəşanlıq edir".

Bütün xəbərlər Facebook səhifəmizdə