Aydın Əliyev: “Büdcəyə 1 milyard 380 milyon manatın köçürülməsi proqnozlaşdırılır”
"Bu il üçün gömrük orqanlarından büdcəyə köçürülməsi nəzərdə tutulan məbləğ 1 milyard 380 milyon manat proqnozlaşdırılır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2014-cü il dövlət büdcəsində gömrük xətti ilə gəlirlərin proqnozu ilə bağlı danışarkən deyib.
Komitə sədrinin sözlərinə görə, bu ilin 10 ayında büdcəyə 1 milyard 134.4 milyon manat vəsait daxil olub: "Ümidvarıq ki, qalan 2 ayda büdcə tapşırıqlarını yerinə yetirəcəyik. Noyabrın 12-də Milli Məclisin plenar iclasında 2014-cü ilin Dövlət büdcəsi müzakirə olunacaq. Gələn il gömrük orqanları tərəfindən dövlət büdcəsinə bu ilkindən 130 milyon manat çox və ya 1 milyard 510 milyon manat vəsaitin köçürülməsi proqnozlaşdırılır. Eyni zamanda, gələn il Azərbaycana idxalın həcminin artacağı da gözlənilir. Bu da büdcə vəsaitlərinin həcminin artımına gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB